“Ermənistanda “rəngli inqilab” hazırlanır” – Rus ekspertlər
“Ermənistanda “rəngli inqilab” hazırlanır” – Rus ekspertlər
01 Avqust 2016 / 18:25 / Baxış sayı: 794
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiyalı ekspertlər İrəvanda baş verən qiyamın əslində “rəngli inqilab”a hazırlıq olduğunu istisna etmir. Qaynarinfo.Az xəbər verir ki, “TASS” agentliyi İrəvanda baş verən qiyamdan sonra bir neçə eksperti danışdırıb. 

MDB ölkələri İnstitutunun durektor müavini Vladimir Jarixin bildirib ki, erməni hakimiyyətini qiyamın kütlədən dəstək almaması xilas edib. “Bu, yoxlama idi. Məlum oldu ki, radikalları əhalinin müəyyən bir qismi dəstəkləsə də, bu, inqilab üçün yetərli deyil”.

Moskva Dövlət Universitetinin politologiya fakültəsinin professoru Andrey Manoylo isə İrəvandakı qiyamın heç də əhəmiyyətsiz bir hadisə olmadığını deyib: “Bu, çox təhlükəli, heç də sıradan olmayan, “rəngli inqilablar”ın texnologiyasının istifadə edildiyi hadisə idi. Hər bir “rəngli inqilab” hansısa bir insidentdən başlayır. Başlanğıc əhalini hərəkətə gətirən hansısa bir şok effektli hadisə olmalıdır. İnsanlarda emosional ton yüksələndə ağıl və məntiq ikinci plana keçir. Bir çox ölkələrdə seçkisonrası çəkişmələr ənənəvi olaraq səbəb rolunu oynayır, burada isə insident kimi polis binasının tutulmasını götürdülər”.

Professor bildirib ki, silahlı dəstənin təslim olması da əvvəlcədən hesablanmış addım olub: “Polis binasının ələ keçirilməsi nümayiş üçün idi. Bununla əhalinin təbii reaksiyasını yoxladılar. Bundan sonrakı addımlarda bu reaksiya nəzərə alınacaq. Ermənistanda rəngli inqilabı addım-addım hazırlayırlar. Çünki bu ölkədə sona qədər müqavimət göstərəcək Qarabağ veteranları hakimiyyətdədirlər”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə