Ermənistanda qaz “zapravka”sı partladı: yaralananlar var
Ermənistanda qaz “zapravka”sı partladı: yaralananlar var
05 Avqust 2016 / 17:42 / Baxış sayı: 812
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Ermənistanın Gümrü şəhərində yerləşən qazdoldurma stansiyalarından birində partlayış baş verib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

FHN-dən bildirilib ki, hadisə nəticəsində 2 nəfər xəsarət alıb və onlar Gümrüdəki tibb mərkəzinə yerləşdiriliblər.

Hadisə yerinə regional böhran idarəetmə mərkəzinin əməliyyat qrupu yönləndirilib.

Partlayışın səbəbləri hələlik məlum deyil.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə