Ermənistanda hərbi hissədə daha bir əsgər meyidi tapıldı
Ermənistanda hərbi hissədə daha bir əsgər meyidi tapıldı
18 Noyabr 2016 / 13:34 / Baxış sayı: 1120
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ermənistanın Tavuş vilayətində müqavilə əsasında xidmət aparan hərbçi ölüb.

Bizimxeber.az  xəbər verir ki, bu barədə Ermənistan İstintaq İdarəsi xəbər yayıb.

Məlumata əsasən, noyabrın 17-də saat 21:50 radələrində Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsinin 1-ci motoatıcı taborunun yoxlama-keçid məntəqəsinin binasında pulemyotçu əsgər İvan Davit Hayrapetyanın meyidi aşkarlanıb.

O ağızın sağ aşağı və başın sol yuxarı nahiyələrində odlu silah zədələri ilə tapılıb.

İstintaq işləri davam etdirilir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə