Ermənistan parlamentinin qarşısında aksiya keçirilib
Ermənistan parlamentinin qarşısında aksiya keçirilib
13 Sentyabr 2016 / 14:53 / Baxış sayı: 360
Font1 Font2 Font3 Font4
Bizimxeber

İyul ayında Yerevanda polis alayının binasını zəbt etmiş və sonradan təslim olmuş silahlı dəstənin üzvlərinin doğmaları və tərəfdarları bu gün, sentyabrın 13-də parlament binasının qarşısına toplaşaraq deputatlardan “Sasna Tsrer”lə bağlı hansı addımların atılacağını dəqiqləşdirmək istəyiblər.

“Ermənistan xəbərləri” portalına istinadən bildirir ki, etirazçılar binaya daxil olan bütün deputatlara yaxınlaşıblar, lakin heç kim onları dinləmək istəməyib. Deputatlar bunu işə tələsmələri ilə izah ediblər.

“Biz deputatların “Sasna Tsrer”in üzvləri və siyasi məhbuslarla bağlı hansı addımları atacaqlarını anlamaq istəyirik. Lakin Ovanes Markaryandan savayı heç bir deputat bizi dinləmək istəmədi”, – mitinq iştirakçıları deyiblər.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə