“Ermənilərlə dostluq etmişəm, edəcəyəm!” – Fətəliyevlə Pavliaşvili arasında qalmaqal
“Ermənilərlə dostluq etmişəm, edəcəyəm!” – Fətəliyevlə Pavliaşvili arasında qalmaqal
27 Oktyabr 2016 / 9:59 / Baxış sayı: 1312
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiyada fəaliyyət göstərən gürcü əsilli müğənni Soso Pavliaşvili ilə azərbaycanlı kinossenarist, xalq artisti Ramiz Fətəliyev arasında qalmaqal baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Ramiz Fətəliyev bir neçə gün öncə S. Pavliaşviliyə məktub yazaraq onu Bakıda planlaşdırdığı xeyriyyə konsertindən imtina etməyə çağırıb.

Kinodramaturqun sözlərinə görə, 52 yaşlı gürcü sənətçi Qarabağ münaqişəsi zamanı Ermənistanda konsert verən ilk müğənnilərdən olub və buna görə də onun Bakıda çıxış etməyə haqqı yoxdur.

Soso Pavliaşvili “Life.ru”ya məsələ ilə bağlı açıqlama verərək bildirib ki, R. Fətəliyev bu bəyanatı ilə bütün diqqətləri öz üzərində toplamaq istəyir:

“Konsertlərim siyasi məqsəd daşımır. Ermənilərlə dostluq münasibətimi isə heç bir münaqişə korlaya bilməz. Mənə görə narahat olmayın. Bakıya gedib-getməyəcəyimi tanımadığım bir rejissordan soruşası deyiləm.

O, indi populyarlaşır, onu təbrik edirəm. Heç olmasa, bunun əvəzində mənə bir butulka konyak hədiyyə etsin. Qoy konsertimə gəlsin, onu böyük məmnuniyyətlə dəvət edirəm. Mən sülh adamıyam. İnsanlarla onların milliyəti və dininə görə deyil, hərəkətlərinə görə dostluq edirəm. Allah mənə deməyib ki, bax, sənə belə istedad verirəm, bu insanlar üçün oxu, bunlar üçün isə oxuma. Əgər bu hay-küy salan insanlar Qarabağı qaytarmaq istəyirlərsə, qoy diversiya qrupları yaradıb ora getsinlər və qaytarsınlar. Onlar divanda uzanaraq Sosonun Bakıya gəlib-gəlməyəcəyini düşünürlər. Allaha şükür ki, Qarabağın qayıtması bundan asılı deyil. Mən heç kimdən onu almamışam ki, kiməsə də qaytarım. Məni harada gözləyirlərsə, ora gedəcəm və oxuyacağam! Bakıdan hər gecə mütəmadi olaraq mənə zəng edib deyirlər: “Soso, biz sənin mahnılarını oxuyuruq. Çox sağ ol ki, varsan! Bakı səni sevir”.

Hər kəs öz düşündüyünü ifadə etməlidir. Qoy o da öz düşündüyünü desin. Mən heç vaxt heç bir müharibəni alovlandırmamışam. Əgər kimsə alovu odlandırırsa, mən onu sadəcə söndürməyə çalışıram. Ermənilərlə dostluq etmişəm, edirəm və edəcəyəm! Bu haqda heç kimin fikrini soruşan deyiləm. Heç öz valideynlərim bu mövzuda mənə müdaxilə etməyiblər. Bakıda bizim tezliklə böyük xeyriyyə konsertimiz baş tutacaq. Hər kəsi böyük məmnuniyyətlə ora dəvət edirəm. Gəlmək istəməyənlərə isə 100 il ömür və firavanlıq arzulayıram”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə