Ermənilər Qarqar çayı ilə top mərmisi axıdır FOTO
Ermənilər Qarqar çayı ilə top mərmisi axıdır FOTO
24 İyul 2016 / 14:43 / Baxış sayı: 668
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ağcabədidə Qarqar çayında top mərmisi tapılıb.

Bizimxeber.az  Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən bildirir ki, iyulun 24-də saat 08:22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə və saat 08:12-də “102” Xidməti – Zəng mərkəzi sisteminə Ağcabədi rayonu Qiyaməddinli kəndi ərazisindən keçən Qarqar çayında partlamamış mərminin aşkar olunması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

ANAMA mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində aşkar olunmuş bir ədəd partlamış top mərmisinin ballistik qapağı götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Sursatın ətrafında 3000 kv.m əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə