Ermənilər Fikrət Əmirovun mahnısını “Artsax” adı ilə təqdim etdilər – VİDEO
Ermənilər Fikrət Əmirovun mahnısını “Artsax” adı ilə təqdim etdilər – VİDEO
08 Avqust 2016 / 16:34 / Baxış sayı: 838
Font1 Font2 Font3 Font4
Bizimxeber

Braziliyanın Rio-de-Janeyro şəhərində davam edən Yay Olimpiya Oyunlarında Azərbaycana qarşı təxribata yol verilib. Qaynarinfo.Az xəbər verir ki, Rusiya gimnastika yığmasının erməni mənşəli üzvü Seda Tutxalyan təsnifat mərhələsindəki çıxışını “Artsax” musiqisi altında yerinə yetirib. 
Xatırladaq ki, Ermənistan təbliğat maşını kompozisiyanın bəstəkar Ara Gevorqyan tərəfindən Qarabağ ermənilərinə ithaf edildiyini iddia etsələr də, tarixi faktlar onun bu əsəri azərbaycanlı bəstəkar Fikrət Əmirovun 1954-cü ildə yazdığı “Qarabağ Azərbaycan incisidir” kompozisiyasını müasir tərzdə aranjiman edərək oğurladığını üzə çıxarıb.

Əslən Gümrü şəhərindən olan və Rusiya yığmasının heyətində Bakıda Avropa Oyunlarının qızıl və gümüş medallarını qazanmış Seda Tutxalyanın Azərbaycan musiqisindən oğurlanan “Artsax” kompozisiyası sədaları altında çıxış etdiyi rəqsini və Fikrət Əmirovun bəstələdiyi orijinal musiqini təqdim edirik.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə