Ermənilər Ağdamın işğal olunmuş ərazilərini yandırır
Ermənilər Ağdamın işğal olunmuş ərazilərini yandırır
22 Sentyabr 2016 / 13:43 / Baxış sayı: 226
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində növbəti dəfə yanğınlar törədiblər. APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün erməni silahlı qüvvələrinin müxtəlif qoşun birləşmələrinin Ağdamın işğal altında olan  Uzundərə ərazisindən keçirdiyi təlimlər başa çatandan sonra böyük bir sahəni yandırıblar.

Yanğınlar işğal altında olan Ağdam şəhərinin ətrafına qədər yayılıb. Cəbhəyanı kəndlərdən yanğınları müşahidə etmək mümkündür.

Qeyd edək ki, bu gün Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimləri davam etdiriblər. Ermənilərin müxtəlif qoşun birləşmələri işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazisində artilleriya qurğularından istifadə edərək hərbi təlimlərin növbəti mərhələsini keçiriblər. Təlimdə toplar, reaktiv artilleriya qurğuları, minaatanlar, eləcə də zirehli texnikalardan istifadə olunub. Ermənistan ordusunun təlim atışlarının səsi cəbhəyanı yaşayış məntəqələrində, qonşu rayonların ərazilərindən eşidilib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə