Erməni silahlı bölmələri atəşkəsi 20 dəfə pozub
Erməni silahlı bölmələri atəşkəsi 20 dəfə pozub
26 İyul 2016 / 9:17 / Baxış sayı: 618
Font1 Font2 Font3 Font4
Bizimxeber

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizimxeber.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə