Ermən müdafiə naziri: “İçimizdə Azərbaycana kömək edənlər var”
Ermən müdafiə naziri: “İçimizdə Azərbaycana kömək edənlər var”
02 Dekabr 2016 / 15:14 / Baxış sayı: 584
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ermənistan Müdafiə Nazirliyi təmas xəttinin Xocavənd istiqamətində bir neçə erməni əsgərin yaralanması və birinin ölməsi barədə ötən gün virtualaz.org və haqqin.az saytları tərəfindən yayılan məlumatla bağlı “Azadlıq” radiosunun erməni xidmətinin sorğusunu cavablandırıb.

Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan bildirib ki, hazırda təmas xəttində sakitlikdir, həmin atışma isə noyabrın 30-da baş vermişdi. “Azərbaycan belə informasiyalar yayır, ona görə ki, bizim içimizdə Azərbaycan təbliğatına kömək edən adamlar var”-Ovanisyan bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri əlavə edib ki, əsgərlər Azərbaycan tərəfinin diversiya həmləsi zamanı yaralanmayıb. “Yox, atışma olmuşdu”-o deyib.

Xatırladaq ki, erməni tərəfi əvvəlcə insidenti təkzib edib, daha sonra üç əsgərin ağır yaralandığını təsdiqləyib, ancaq ölən olmadığını bildirib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə