Eməni “avtoş” qız rus polisi ilə “məzələndi” – VİDEO
Eməni “avtoş” qız rus polisi ilə “məzələndi” – VİDEO
08 Oktyabr 2016 / 14:20 / Baxış sayı: 1276
Font1 Font2 Font3 Font4
Bizimxeber

Elmar Baqdasaryanın qızı 15 yaşından qatı avtoxuliqan kimi tanınır Moskvada “Lukoil” şirkətinin vitse-prezidenti Azat Şamsuvarovun (milliyyətcə tatardır) oğlu Ruslan Şamsuvarov ilə avtoşluq edən 22 yaşlı erməni Mara Baqdasaryan yenidən Moskva küçələrinə çıxıb və yol hərəkət qaydalarını kobud şəkildə pozmaqda davam edir. 

A24.az xəbər verir ki, bir neçə ay bundan əvvəl təcridxanadan azadlığa çıxan Baqdasaryanın cərimələri 250 min rublu keçib.

Artıq gənc qız haqqında cinayət işi açılıb. Mara Baqdasaryan özünü “prokuror qızı” kimi təqdim edir. Lakin əslində o, ət emalı kombinatının sahibi Elmar Baqdasaryanın qızıdır. Mara 15 yaşından maşın sürür və qatı avtoxuliqan kimi tanınır. Onun balansında yüzlərlə ödənilməmiş cərimə və yol qəzaları var. Mara Baqdasaryan ötən il Moskvada dəhşətli qəza törədib.

Onun idarə etdiyi “BMW X6” avtomobili Kutuzovsk prospektində saatda 200 kilometr sürətlə hərəkət edərək qarşı hərəkət zolağına çıxıb və “Range Rover”lə toqquşub. Toqquşma o qədər güclü olub ki, BMW-nin içərisindəkilər avtomobilin qabaq şüşəsindən çıxaraq onlarla metr havada uçublar. Bu qəzada 3 nəfər həlak olub, onlardan biri polis əməkdaşıdır.
Qəzada Mara sağ qalıb, lakin sükan arxasında məhz onun olduğunu sübut etmək mümkün olmadığından həbs edilməyib. Sonuncu avtoxuliqanlıq əməlinin 3 iştirakçısı barədə inzibati həbs qərarları verilsə də, erməni qızı yenə də azadlıqdadır və bu dəfə patrul polisi ilə saatda 120 kilometr sürətlə “məzələnir”…
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə