Elşən Mustafaoğlunun məhkəməsində şahidlər dindirildi
Elşən Mustafaoğlunun məhkəməsində şahidlər dindirildi
23 Avqust 2016 / 16:39 / Baxış sayı: 644
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

“Report”un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə növbəti şahidlər dindirilib.

Məhkəmənin növbəti prosesi avqustun 30-na təyin edilib.

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə