Elşən Mustafaoğlunun məhkəməsi təxirə salındı
Elşən Mustafaoğlunun məhkəməsi təxirə salındı
04 Oktyabr 2016 / 14:27 / Baxış sayı: 718
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Ağır Cinayətlər Məhkəməsinə həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri Elşən Mustafaoğlunun məhkəməsi olub.

Virtualaz.org xəbər verir ki, vəkil Əfqan Məmmədov birldirib ki, istintaq tamamlanıb. Dövlət ittihamcısı cıxış ücün vaxt istəyib. Məhkəmə 18 oktyabra kimi təxirə salınıb.

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, E.Mustafaoğlu 2006-2007-ci illərdə “İctimai” TV-də kanalın ən populyar verilişlərindən olan “Cümə Söhbəti” verilişinin müəllifi və aparıcısı olub. 2007-ci ildə ANS TV-də “Allah Haqqı” verilişinin aparıcısı olub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə