bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Elmar Vəliyevin daha bir legioneri vəzifəsini itirir –  Tərtərin yeni başçısı kim olacaq?

4509 oxunma | Tarix: | 2 həftə öncə

2006-2014-cü illərdə Yevlaxın icra başçısının müavini işləmiş Müstəqim Məmmədovun Tərtərə icra başçısı təyinatı Gəncənin sabiq şefi Elmar Vəliyevin gur-gur guruldayan vaxtlarına təsadüf edirdi. Bərdə, Tərtər, Yevlax və Gəncəni tam nəzarətinə almış Elmar Vəliyevin güllələnməsi ilə vəziyyət kökündən dəyişdi.

Ən nəhayət Elmar Vəliyevin yoxluğu Tərtərin icra başçısı Müstəqim Məmmədovun da işini çətinləşdirib. Sanki onları Elmar Vəliyev idarə edirmiş…  Vəliyev yoxdur və bu kadrlar kələfin ucunu tamam itiriblər.

XƏBƏRLƏR:  Əli Əsədov Baş Nazir oldu - Yenilənir

Bizimxeber.az-a daxil olan məlumata görə, son 6 ayda  Tərtər icra başçısı Müstəqim Məmmədovun əməlləri və rayondakı problemlərin gün-gündən çoxalması ilə bağlı Prezident Administrasiyasına göndərilən şikayət məktublarının sayı hesabı yoxdur. Hələ mətbuata ünvanlanan şikayətlərin çoxluğu da öz yerində.

Bizimxeber.az-a daxil olan məlumata görə,  Müstəqim Məmmədov artıq özü də işləmək istəmir və vəziyyətin günü-gündən ağırlaşdığını bilir. Son gnlərə kimi Elmar Vəliyevin hansısa bir vəzifəyə aparılacağına ümid edən icra başçısı son günlər bunun mümkün olmadığını əminliklə öyrənib. Odur ki, hansısa yollarla vəzifədən uzaqlaşmağa çalışır. Hətta onun Administrasiyadakı kuratorlarına “daha işləmək istəmirəm” kimi mesajların çatdırdığı ilə bağlı məlumatlar var. 

XƏBƏRLƏR:  Rafael Cəbrayılov prokurorluğa çağırıldı

Hətta səhhəti ilə bağlı müalicəyə getməyə icazə verilmədiyi də məlumatlar sırasındadır. Bis sözlə, Müstəqim Məmmədov artıq Tərtəri itirib. yerdə qalan rəsmi qərardır….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir