Elmar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belarusda
Elmar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belarusda
16 Noyabr 2016 / 12:21 / Baxış sayı: 784
Font1 Font2 Font3 Font4
Bizimxeber

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belarusda işgüzar səfərdədir. Belarusda işgüzar səfərdə olan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları Xanlar Fətiyev, Naqif Həmzəyev, Gəncə avtomobil zavodunun müdiri Kamran Nəzərov və digər nümayəndə heyətinin üzvləri Qomel şəhərinin icra komitəsinin sədri Pyotr Kriçenko ilə görüşüblər. Rəsmi Belarusun Azərbaycanla çoxşaxəli əlaqələrin inkişafına xüsusi maraq göstərdiyini bildirən şəhər meri, ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrindən söz açıb.

O,rəhbərlik etdiyi şəhərin Belarusun inkişaf etmiş sənaye və aqrar bölgələrindən biri olduğunu diqqətə çatdıraraq Qomellə Gəncə arasında iqdisadi, ticari, elmi, mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Həmkarı Elmar Vəliyevin Qomel şəhərinə səfər etməsinin səmərəli fayda verəcəyinə əmin olduğunu bildirən Pyotr Kriçenko, bu səfərin qardaşlaşmış hər iki şəhərin maşınqayırma, kənd təsərrüfatı, yeyinti və yüngül sənaye müəssisələri arasında yeni əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcəyini bildirib..

Qomel şəhər rəhbərliyinə Azərbaycanda bir çox sahələrlə yanaşı ,regionların sosial iqtisadi inkişaf strategiyasına xüsusi diqqət ayrıldığını bildirən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev,bu istiqamətdə son dövrlər Gəncədə həyata keçirilən mədəni ,iqtisadi islahatlar və yenidənqurma işləri haqqında məlumat verib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə bölgədə qlobal iqtisadi layihələrin həyata keçirldiyini xatırlayan Elmar Vəliyev ölkəmizdə qeyri-neft sektorunun , xüsusən də kənd təsərrüfatının inkişaf strategiyasının əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıb.Bu baxımdan Gəncənin Qomel şəhərinin , yeyinti sənaye müəssisələri ,maşınqayırma və kənd təsərrüfatı sektoru ilə müştərək müəssisələr yaratmaqda maraqlı olduğunu nəzərə çatdırıb.O, son illər Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Belarusa, Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərlərindən sonra ölkələrimiz arasındakı iqtisadi siyasi əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. Azərbaycanda əlverişli investisiya mühitindən söz açan icra başçısı Gəncənin qapılarının həmişə Belaruslu iş adamlarının üzünə açıq olduğunu bildirib. Görüş zamanı hər iki ölkənin parlamentləri arasındakı dostluq əlaqələrindən söz açan, millət vəkilləri Xanlar Fətiyev və Naqif Həmzəyev Qomel şəhəri ilə Gəncə arasında yaranan iqtisadi,ticari əlaqələrin səmərəli fayda verəcəyinə əmin olduqlarını vurğulayıblar. Görüş zamanı tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Sonra Gəncə şəhərinin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qomel şəhərindəki bir sıra süd və süd məhsulları kombinatları ilə tanış olublar. Gələcəkdə bu tipli kombinatların Gəncə şəhərində inşa olunması məsələləri geniş müzakirə obyekti olub.

Azərbaycanla Belarus arasındakı iqtisadi ticari əlaqələrin inkişafına xüsusi diqqət ayıran Belarusun nüfuzlu televiziya və kütləvi informasiya vasitələrinin nümayəndələri,Gəncə şəhərindən gəlmiş nümayəndə heyətinin keçirdiyi görüşləri təmsil olunduqları media qurumlarında geniş işıqlandırıblar.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə