Elmar Vəliyev Gennadi Axramoviçi qəbul etdi
Elmar Vəliyev Gennadi Axramoviçi qəbul etdi
31 Avqust 2016 / 16:33 / Baxış sayı: 872
Font1 Font2 Font3 Font4
Bizimxeber

Elmar Vəliyev Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayaraq Gəncə şəhərində görməkdən məmnun olduğunu bildirib. Bizimxeber.az saytına verilən məlumata görə, şəhər icra  hakimiyyətinin başçısı Elmar Vəliyev səfirlə görüşündə Gəcənin iqtisadi potensialı haqqında danışaraq, əməkdaşlığın vacibliyini vurğulayıb.

Bundan sonra da əlaqələrin genişlənəcəyinə əmin olduğunu bildirib.

Görüşdə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində avtobusların istehsalı və həmin avtobusların ixracı məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Səfir isə öz növbəsində qonaqpərvərliyə görə icra başçısını təşəkkür edib. Gəncənin gözəl bir şəhər olduğunu və son illərdə xeyli dəyişdiyini diqqətə çatdırıb. Diplomat Azərbaycan ilə Belarus arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu vurğulayıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir diplomatik fəaliyyəti müddətində bir çox sahələri əhatə edən ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə iqtisadiyyat və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən birgə layihələrin icrası, qarşılıqlı təcrübə mübadiləsi, işçi görüşlərinin təşkili və digər məsələlər müzakirə olunub.

Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.

Bizimxeber.az 

 

 

gence gence1 gence2



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə