Elmar Vəliyev Avropa Gənclər Forumunun nümayəndə heyətini qəbul etdi
Elmar Vəliyev Avropa Gənclər Forumunun nümayəndə heyətini qəbul etdi
01 Oktyabr 2016 / 11:31 / Baxış sayı: 784
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az saytına veilən məlumata görə, Elmar Vəliyev Avropa Gənclər Formunun Baş Katibi Allan Pallın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Görüşdə nümayəndə heyətini salamlayan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları Azərbaycanın qədim və tarixi şəhəri olan Gəncədə görməkdən məmnun olduğunu bildirib. Elmar Vəliyev qonaqlara Avropa Gənclər Paytaxtı şəbəkəsinin vacibliyini vurğulayıb.

Avropa Gənclər Paytaxtları Şəbəkəsinin İcraçı direktor Andras Farkas, Braqa AGP 2012 layihəsinin nümayəndəsi Longo Gomes Tiago Jose, Maribor AGP 2013 şəhərinin meriyasının protokol şöbəsinin müdiri Sasa Pelko, Maribor AGP 2013 layihəsinin rəhbəri Maja Malus Azhdari, Saloniki AGP 2014 layihəsinin rəhbəri Babis Papaioannou, Kluj AGP 2015 – Şəhər Meriyasında Gənclər, Komunikasiya, Yerli İnkişaf və Layihələrin İdarə olunması şöbəsinin rəhbəri Ovidiu Cimpean, Kluj AGP 2015 – Şəhər Meriyasının Marketinq Strategiyası Departamentinin rəhbəri Diana Apan, Varna AGP 2017 layihəsinin nümayəndəsi Stoyana Stoyeva, Litvalı fotoqraf Vytautas Daraskevicius, Gənclərin Anlaşma və Mübadilə Şəbəkəsi nümayəndələri Bartolomeo Buffi və Lakoma Anita Mariadan ibarət olan nümayəndə heyətinə Gəncədə dünyaya göz açmış görkəmli şəxsiyyət Nizami Gəncəvi haqqında danışan Elmar Vəliyev şəhərdə cari il ərzində keçirilən beynəlxalq və ölkə miqyaslı layihələr haqqında ətraflı məlumat verib.

Avropa Gənclər Formunun Baş Katibi Allan Pall bildirib ki, Forumda Avropanın müxtəlif ölkələrini təmsil edən 100-dən çox gənclər təşkilatı birləşir. Çox sayda tədbirin bu qədər yüksək səviyyədə keçirilməsini görməkdən çox məmnun olduğunu bildirən Allan Pall xüsusi vurğulayıb ki, şəhər rəhbərliyi tərəfindən gənclərə yüksək səviyyədə dəstək göstərilir.

Görüşdə Avropa Gənclər Paytaxtı şəhərləri şəbəkəsinin nümayəndələrinin də iştirak etdiyini qeyd edən Allan Pall bildirib ki, onlar Avropa Gənclər Festivalında iştirak edərək təcrübə əldə etmək istəyirlər. Baş Katib vurğulayıb ki, bu görülən işlər gələcək Avropa Gənclər Paytaxtı olacaq şəhərlərə çox yaxşı nümunə ola bilər.

Allan Pallın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın qədim və tarixi şəhəri olan Gəncədə yaradılan şəraitə görə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə təşəkkür ediblər.

Daha sonra Memorandum imzalanıb. İmzalanan Memorandumun əhəmiyyətindən danışan Allan Pall qeyd edib ki, bu gələcəkdə həyata keçiriləcək əməkdaşlığın bünövrəsi olmaqla yanaşı qarşılıqlı əlaqələri daha da genişləndirəcək.

Sonda qonaqlara hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, görüşdən sonra qonaqlarla birlikdə Göygöl Milli Parkına səfər təşkil edilib.

Bizimxeber.az

14433132-1796629313893623-4422075874273070927-N IMG-2184 IMG-2194



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə