Elmar Vəliyav Almaniya səfirini qəbul etdi
Elmar Vəliyav Almaniya səfirini qəbul etdi
30 Noyabr 2016 / 15:20 / Baxış sayı: 828
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az-a daxil olan məlumata görə, Almaniyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Mixail Kindsqrab Gəncə şəhərinə səfəri çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.

Elmar Vəliyev qonağı Azərbaycanın qədim mədəniyyət və sənaye şəhəri olan Gəncədə görməkdən məmnun olduğunu bildirib. Elmar Vəliyev Mixail Kindsqraba Gəncənin “Avropa 2016-cı ilin Gənclər Paytaxtı” seçilməsi, şəhərin tarixi, mədəniyyəti, sənaye potensialı haqqında ətraflı məlumat verib. Eyni zamanda İcra başçısı qonağa Gəncə şəhərində dünyaya göz açmış Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi şəxsiyyətlər haqqında danışıb.

Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsqrab qəbula görə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə minnətdarlığını bildirib. Səfir xüsusi vurğulayıb ki, Almaniya-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlığın və dostluq münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək. Nizami yurdunda iki günlük səfəri çərçivəsində “Gəncə Avtomobil zadovu”nda və “Şərab zavodu”nda olduqlarını qeyd edən Mixail Kindsqrab, ADAU-da Almaniyada təhsil almış və təcrübə keçmiş tələbələrlə görüşdən məmnun qaldığınıı xüsusi vurğulayıb. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsini önəmini qeyd edən səfir Gəncədə Kəlbəcərdən olan qacqın və məcburi köçkünlər üçün yaradılan şəraiti yüksək qiymətləndirib.

Görüşdə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib. Texnologiyalar, kənd təsərrüfatı, mədəniyyət və başqa sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qonağa hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Bizimxeber.az 

1 2 3



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə