Elmar Məmmədyarov Mərakeş səfirini qəbul edib
Elmar Məmmədyarov Mərakeş səfirini qəbul edib
09 Sentyabr 2016 / 17:05 / Baxış sayı: 588
Font1 Font2 Font3 Font4
Bizimxeber

Xarici işlər naziri Elmar Məmmədyarov Mərakeş Krallığının Azərbaycandakı səfiri Hassan Hamini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycandan xoş təəssüratla ayrıldığını qeyd edən H.Hami diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Səfir Azərbaycanı hər zaman dost və qardaş ölkə kimi xatırlayacağını vurğulayıb.

Nazir Azərbaycan və Mərakeş arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib. Mərakeşin Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupuna qoşulmasının təqdir edildiyini bildirib.

E.Məmmədyarov ölkələrimiz arasında əməkdaşlığın bütün sahələr üzrə inkişafına verdiyi töhfələrə görə səfirə öz təşəkkürünü bildirdi və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə