Elmar Məmmədyarov BMT nümayəndəsini qəbul edib
Elmar Məmmədyarov BMT nümayəndəsini qəbul edib
05 Avqust 2016 / 15:30 / Baxış sayı: 552
Font1 Font2 Font3 Font4
Bizimxeber

Xarici işlər naziri Elmar Məmmədyarov BMT baş katibinin İraq üzrə xüsusi nümayəndəsi və BMT-nin İraqdakı Dəstək Missiyasının rəhbəri Yan Kubişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər, sülhün və sabitliyin təmin olunması istiqamətində BMT tərəfindən həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək ATƏT Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində dəfələrlə qeyd etdikləri kimi mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu vurğulayıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə