Elmar Məmmədyarov Belçikanın yeni səfirini qəbul edib
Elmar Məmmədyarov Belçikanın yeni səfirini qəbul edib
05 Avqust 2016 / 19:03 / Baxış sayı: 698
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikanın ölkəmizə yeni təyin olunmuş səfiri Bert Şufsu qəbul edib.

XİN-in mətbuat xidmətindən  məlumata görə, Elmar Məmmədyarov səfir Bert Şufsu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Görüşdə Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə