Elmar Məmmədyarov Almaniyaya və Slovakiyaya səfər edəcək
Elmar Məmmədyarov Almaniyaya və Slovakiyaya səfər edəcək
31 Avqust 2016 / 12:12 / Baxış sayı: 430
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 1-də Almaniyanın Potsdam şəhərində keçiriləcək ATƏT üzv dövlətlərinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında, sentyabr 3-də isə Slovakiyanın paytaxtı Bratislava şəhərində keçiriləcək Avropa İttifaqı üzv dövlətlərinin Şərq Tərəfdaşlığı ölkələri ilə qeyri-rəsmi görüşündə iştirak edəcək.

Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Elmar Məmmədyarovun hər iki tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə