Əsas menu

Əlillik yeni meyarlarla təyin olunacaq – Qanun hazırlanır 

Əlilliyin təyin olunması ilə bağlı Azərbaycan üzrə yeni meyarlar hazırlanıb. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev açıqlama verib. Onun sözlərinə görə, bu meyarlar əsasında qanun layihəsi tərtib olunub:

“Yaxın vaxtlarda bu qanun layihəsi Milli Məclisə təqdim ediləcək. Bunun üçün bizə yeni donorlar lazımdır. Çünki Azərbaycanda heç bir həkim əlilliyin beynəlxalq sahədəki meyarlarla təsnifatlaşdırılmasını bilmir”.

Nazir qeyd edib ki, hazırda əlillik elə bir mexanizm ilə müəyyən edilir ki, heç onu Əmək və Əhalinin Sosial Nazirliyi görmür:

“Həkimlərin müayinəsi əsasında elektron məlumat nazirliyə daxil olur. Biz bu məlumata əsasən əliliyi ya təsdiq edir, ya da etmirik”.

“Əlilliklə bağlı yeni meyarların 2020-ci ilin yanvarın 1-dən etibarən qüvvəyə minməsinə gözləyirik. Növbəti qarşımızda duran dövr ərzində, yəni 2019-cu ilin ikinci yarısında artıq qanun qəbul edildikdən sonra ciddi bir təlim proqramı vasitəsilə bütün aidiyyəti həkimlərimizə təlim və treninqlər keçəcəyik”, – deyə nazir qeyd edib.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*