Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Əli İnsanov “Müsavat”a gəldi

1570 oxunma | Tarix: | 2 həftə öncə

Müsavat Partiyasının qərargahında siyasi partiya liderlərinin və siyasətçilərin iştirakı ilə dəyirmi masa keçirilir. Bizimxeber.az musavat.com-a istinadən xəbər verir ki, Müsavat Partiyası başqanı Arif Hacılının təşəbbüsü ilə baş tutan tədbirin mediaya açıq olan hissəsində iştirakçılar media üçün tədbirlə bağlı məlumat veriblər.

Giriş sözü ilə çıxış edən Arif Hacılı bildirib ki, bu tədbirdə Azərbaycanda mövcud ictimai-siyasi durum və bu vəziyyətdən çıxış yolları müzakirə olunacaq. O, tədbirin mediaya açıq olan hissəsində əlifba sırasına uyğun olaraq Dəyirmi Masa iştirakçılarının çıxış edəcəyini deyib.
Tədbirdə Müsavat partiyası başqanı, habelə sabiq səhiyyə naziri Əli İnsanov, eks Müsavat başqanı İsa Qəmbər, AXP sədri Pənah Hüseyn, AXCP sədri Əli Kərimli, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, politoloq Hikmət Hacızadə iştirak edir.
XƏBƏRLƏR:  Prezident Vasif Talıbovu qəbul etdi - Foto

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir