Elgiz ANS-dən danışdı: “Mənim də ailəm, uşağım var …”
Elgiz ANS-dən danışdı: “Mənim də ailəm, uşağım var …”
05 Sentyabr 2016 / 16:42 / Baxış sayı: 1422
Font1 Font2 Font3 Font4
Bizimxeber

Tanınmış aparıcı Elgiz Əkbərin yeni mövsümdə digər televiziyaların birində fəaliyyət göstərəcəyi ilə bağlı məlumat yayılıb.

Aparıcının xəbərə münasibəti belə olub: “Bəzi jurnalistlər ortalığı qarışdırmaqla məşğuldurlar. ANS-in hansısa aparıcısı yeni televiziyada işə başlayır, o saat düşürlər üstünə, onu təhqir etməyə başlayırlar, söyürlər. Bununla da televiziyaları bir-birinə qarşı qoymağa çalışırlar. Əslində mənim bütün televiziyalara münasibətim normaldır, hamısı mənə doğmadır. Müxtəlif televiziyaların aparıcılar bir-birimizi görəndə görüşürük, öpüşürük, bir-birimizə ruh veririk. Futbolçu da komandanı dəyişir, onda elə gərək hamı onu daşlasın, başını yarsın?”

E.Əkbər yalnız bir halda, digər telekanalda işləyəcəyini deyib: “Bağda dincəlirdim, hələ ki, məzuniyyətdən yeni dönürəm. Allah ANS-in qapısını açsın, insanlar işlərinə davam etsinlər. ANS-in aqibəti hələ tam bəlli deyil. Onun yenidən fəaliyyət göstərib-göstərməyəcəyi bəlli olsa, mən də seçimimi edəcəm. Hələ gözləyirəm. ANS açılsa, orada, açılmasa, digər televiziyaların birində fəaliyyətimi davam etdirəcəm. Mənim də ailəm, uşağım var, həyat yoldaşıyam, pul qazanıb ailəmi saxlamalıyam. İndidən ANS-in taleyi məlum deyilsə, mənim hansısa kanalda anonslarım necə yaymlana bilər? Adamı söyərlər ki, on il fəaliyyət göstərdiyin kanalın aqibəti bəlli olmadan necə, başqa kanala keçmisən?” (publika)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə