Mahmudovun “Akula”sı həbs edildi və sərbəst buraxıldı – İspaniyada-YENİLƏNİB
Mahmudovun “Akula”sı həbs edildi və sərbəst buraxıldı – İspaniyada-YENİLƏNİB
28 Oktyabr 2016 / 18:40 / Baxış sayı: 326
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Akula Akif” ləqəbi ilə məşhur olan Akif Mustafayev 10 gün bundan qabaq saxlanılıb.

Xəbəri lent.az-a açıqlamasında Akif Mustafayevin vəkili Abbas Atakişiyev də təsdiqləyib.

Vəkil bildirib ki, Akif Mustafayev 10 gün bundan qabaq İspaniya polisi tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılıb. Lakin məhkəmə ona verilən ittihamın təsdiqini tapmadığını əsas gətirərək A.Mustafayevi azadlığa buraxıb.

***

17:30

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxslərdən biri olan iş adamı “Akula Akif” ləqəbli Akif Mustafayev həbs edilib.  Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusuna cavab olaraq Akif Mustafayev İspaniya polisi tərəfindən ələ keçirilib.

Qeyd edək ki, A.Mustafayev oktyabrın 18-də – Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan 1 gün sonra təyyarə ilə Bakıdan Parisə, oradan da İspaniyaya getmişdi. “Qafqazinfo”nun məlumatına görə,  Azərbaycan tərəfi ötən ilin dekabr ayından “Akula Akif”i “İnterpol” vasitəsilə qırmızı xətlə axtarışa vermişdi. 1955-ci il iyulun 18-də anadan olan Mustafayev Akif İsmayıl oğlunun “İnterpol”un saytında rüşvətxorluğa görə axtarıldığı qeyd olunub.

Bizimxeber.az 

Eldar Mahmudovun



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə