Eldar Əzizov niyə Bakı meri ola bilməyəcək?
Eldar Əzizov niyə Bakı meri ola bilməyəcək?
18 Noyabr 2016 / 13:38 / Baxış sayı: 3456
Font1 Font2 Font3 Font4
Bizimxeber

Müxtəlif ranqlı məmurların Bakı meri postu uğrunda apardığı mübarizə hələ heç bir nəticə vermir. Bütün bunların fonunda Hacıbala Abutalıbovun ciddi səhvlər etsə belə hələ də öz postunu qoruyub saxlaması daha incə məsələdir. 

Ümumiyyətlə, son aylar merin az-az görünməsi, ciddi hadisəılər fonunda susması, narahat olmaması kimi məqamlar onun postunda daha möhkəm olduğundan xəbər verir. 

Bizimxeber.az-a daxil olan məlumata görə, Bakı meri olmaq üçün bir neçə məmur qruplaşması illərdir mübarizə aparır. Daha doğrusu, mer olmaq üşün Sumqayıtın icra başçısı Zakir Fərəcovla, Səbael icra başçısı Eldar Əzizov daha çox çalışır. Mənbələr isə bildirir ki, bu iki məmurun heç biri mer postu üçün hazır deyil. Umumiyyətlə, onların mer olması artıq arxada qalıb.

Belə ki,  Zakir Fərəcovun Sumqayıta göndərilməsi ilə mer olmaq şanslarını sıfra endirildi. Eldar Əzizovun isə Sumqayıtdan Səbael kimi rayona icra başçısı gətirilməsi ciddi bir sınaq olsa da o bu sınaqı keçə bilmir. Səbael kimi böyük və diqqət mərkəzində olan rayona icra başçısı təyinatı o qədər kiçik görünməməlidir. Eldar Əzizov isə bu rayonu hələ də kəşf edə bilməyib. Səbaeli Sumqayıtla səhv salıb.

Bizimxeber.az-a daxil olan məlumata görə, Sumqayıtda ciddi işlərə imza ata bilməyən Eldar Əzizov indi Səbaeli kölgə rayonuna, özünü isə kabinet məmuruna çevirib. Ümumuyyətlə, Bakı şəhərində bir neçə rayon var ki, onun icra başçısı bütün sahələrdə, istər siyasi, istər sosial, istərsə də içtimai məsələlərdə aktiv olmalıdır. Təsəvvür edin, Nəsimi rayon icra başçısı hər gün rayon ərazisində müxtəlif tədbirlərə qatılır, görüşlər keçirir, xarici səfərlər edir, əsgərlərlə görüşür və sairə…

Eldar Əzizov isə hələ Səbaeldə olmasını kəşf edə bilmir. Öz köşəsinə çəkilib nəyisə gözləyir. Bu Səbael rayonu üçün xas əlamət deyil. Ümumiyyətlə, Səbael rayonu özünun ən güclü çiçəklənmə dövrünü icra başçısı Asif Əsgərovun zamanında yaşayıb. Asif Əsgərov bu rayonda sözün həqiqi mənasında ciddi işlərə, uğurlara imza atıb. Ardıcıl tədbirlər, böyük layihələrin inşası bu rayonda birinci baş verib.

Eldar Əzizov isə bunu edə bilmir. Odur ki, Eldar Əzizovun Bakı meri olması bir kənara qoyulub. Mənbələr bildirilir ki, hətta yaxın gələcəkdə onun Bakının kənar rayonlarında birinə göndərilməsi məsələsinə baxıla bilər. Səbaelə isə daha aktiv, daha gənc və bacarıqlı icra başçısı təyinatı gözlənilir…

Bizimxeber.az



Eldar Əzizov niyə Bakı meri ola bilməyəcək? yazısına 1 şərh yazıldı

Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə