Əslində Eldar Əzizovun mer olması üçün kifayət qədər şansları və yuksək çinli məmur dəstəyi olsa da, onun fəaliyyətindəki zəiflik bu şansları sıfra endirib. Bütün məclislərdə özünə ziyalı deyən Əzizov tarixçi olsa da idarəedici qabiliyyəti zəif olan bir kadrdır. O, hələ Sumqayıtın icra başıçısı olduğu dönəmlərdə etdiyi səhvlərə görə, hakimiyyətin yuxarı eşolonunun yadından çıxmayıb. Azərbaycanın böyük şəhərlərindən olan Sumqayıt və sumqayıtlılar hələ də onun “fəaliyyətinin” əziyyətini çəkir. Təbii ki, indi Sumqayıtın icra başçısı Zakir Fərəcov da Eldar Əzizovdan heç də fərqlənmir. Əzizov kimi Fərəcov da dağıdır. Amma Eldar Əzizov silinməz bir iz qoyaraq Sumqayıtdan ayrılıb. Sumqayıtın bərpası üçün nə Əzizovun, nə də Fərəcovun ömrü yetməz. Bu rayonda 5 illik fəaliyyətsizlik, bundan sonra bəlkə də 50 illik bir əziyyət tələb edir…

Yəqin ki, zaman-zaman Eldar Əzizovun rəhbəri olduğu Səbail də Sumqayıtdan geri qalmayacaq. Artıq bunun işartıları görünməkdədir.

Belə ki, başçı təyin olunan gündən rayon bələdiyyə sədri ilə ciddi kobfliktləri olan Eldar Əzizovun istəyi bəllidir. Öz yaxın adamını bələdiyyə sədrinin yanında yerləşdirərək bütün işlərə nəzarət edən E.Əzizovun bu qanunsuzluğunu bələdiyyə sədri Firdovsi Cəbrayılov həzm etmək istəmir.

Mediafax.Az-a daxil olan məlumata görə, bələdiyyənin işinə durmadan müdaxilə edən Əzizov rayon ərazisindəki torpaqların satışına nəzarət edir. Mənbə bildirir ki, hazırda rayonun 20-ci sahə adlanan hissəsində torpaqlar olduqca baha qiymətə satışa çıxarılıb. Bələdiyyə sədri isə buna müdaxilə edə bilmir.

Məlumata görə, icra başçısının tapşırığı ilə indiyədək Badamdar qəsəbəsində və rayonun digər ərazilərində onlarla tikili sökülüb və sökülməkdə davam edir. İcra başçısı imkanlı şəхslərə və məmurlara məхsus mülklərə toхuna bilmədiyindən sıravi vətəndaşlara qənim kəsilib. Məlumatlı mənbənin mediafax.az-a verdiyi məlumata görə, sökülən tikililər əslində heç də qanunsuz deyil. Amma E.Əzizovun adamları tikililərin sahiblərindən öz “haqqı”nı tələb edirlər.

Daha bir maraqlı məqam isə Badamdar qəsəbəsində sürüşmə zonasının satılmasıdır. Dənizə ponaraması olan torpaqlar olduqca baha qiymətə satılır. Hansı ki, sürüşmə ərazisi olduğu uçun bu ərazilərdə tikinti aparmaq qadagandır. Eldar Əzizov üçün bu kimi hallar adi hesab olunur…

Bizimxeber.az