Elbrus Əlizadə: “Bütün sürüşmə sahələrində aktivlik var”
Elbrus Əlizadə: “Bütün sürüşmə sahələrində aktivlik var”
29 Sentyabr 2016 / 15:15 / Baxış sayı: 650
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Respublika ərazisində müşahidə olunan yağışlı hava sürüşmə sahələrində nisbi fəallaşmaya səbəb olub”.

Bunu  açıqlamasında  Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

E.Əlizadə bildirib ki, hazırda Şamaxı, İsmayıllı, Ağsu rayonları ərazisindəki sürüşmə sahələrində, həmçinin Xızı, Siyəzən, Şabran rayonu ərazisində, qismən Quba, Qusar rayonlarındakı sürüşmə sahələrində, Lənkəran, Lerik yolunun ətrafındakı sürüşmə sahələrində fəallıq müşahidə olunur: “Həmçinin Kiçik Qafqazda, Daşkəsən, Gədəbəy rayonlarında da aktivlik qeydə alınıb. Yaxın günlər ərzində də yağışlar davam edərsə, sürüşmə sahələrində fəallığın xeyli artmasını gözləmək olar”.

E.Əlizadə deyib ki, Bakıda da bəzi sürüşmə sahələrində aktivlik qeydə alınır: “ Əksər sürüşmə sahələrində süxurların rütubətlə doyması halı baş verib. Xüsusilə təhlükəli zona Zığ massivi, qismən Masazır sürüşmə sahəsindədir. Nisbi fəallıq Bayıl-Badamdar yamacında nəzər çarpmaqdadır. Orada nisbi sabitlikdir. Lakin nəzərə alsaq ki, süxurların rütubətlə doyması baş verib və əsasən antropogen mənşəli olan bu sürüşmə sahələrində fəallığın xeyli artması gözlənilə bilər”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə