Ekspertiza institunda partlayış baş verib
Ekspertiza institunda partlayış baş verib
29 Avqust 2016 / 10:55 / Baxış sayı: 712
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az BBC-nin verdiyi xəbərə istinadən bildirir ki,  Brüsseldə şəhər kənarında yerləşən məhkəmə tibbi ekspertiza Milli institunda partlayış baş verib. 

Hadisə zamanı ölən olmasa da binaya ciddi ziyan dəyib.

Partlayış gecə saat 2:00 -də ( Bakı vaxtı ilə 5:00) baş verib.

İlkin məlumata görə şübhəlilər maşını saxlamaq üçün yaxınlaşıb və gözlənilmədən labaratoriyanın qarşısında bomba partladıb.

Hücumu təşkil edənlər izsiz qaça bilib. Hal-hazırda hadisə yeri əhatəyə alınıb.

Belçikada terror qorxusu hələ də saxlanılır. Brüssel hava limanında 32 nəfərin ölümü ilə nəticələnən partlayışdan sonra ölkədə təhlükəsizlik tədbirləri daha ön plandadır.

 

 

Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə