bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Eks-nazirin vəziyyəti pisləşdi – Təcili Almaniyaya aparıldı

1124 oxunma | Tarix: | 3 ay öncə
Keçmiş Vergilər naziri Fazil Məmmədov Almaniyaya aparılıb. Bizimxeber.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. Xəbərə görə, uzun müddətdir səhhətində problemlər olan Məmmədovun əməliyyat ehtiyacı yaranıb.
Buna görə də o, Almaniyanın məşhur Haydelberg Xəstəxanasına aparılıb. Onun mədəsindən əməliyyat olunacağı deyilir.
F. Məmmədov uzun müddət idi ki, Gəncə Beynəlxalq Xəstəxanasında müalicə olunurdu. Xəstəxanadan “Yeni Sabah”a deyilib ki, sabiq nazir bir müddət əvvəl xəstəxananı tərk edib: “Sadəcə onu deyə bilərik ki, Fazil Məmmədov hazırda bizim xəstəxanada deyil. Hara aparılması haqda da heç bir məlumatımız yoxdur”.
XƏBƏRLƏR:  “Deputat olub bizneslə məşğul olmaq istəyirsənsə...”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir