DYP rəisi işdəki qüsurlarına görə vəzifədən qovuldu
DYP rəisi işdəki qüsurlarına görə vəzifədən qovuldu
20 Oktyabr 2016 / 14:17 / Baxış sayı: 1160
Font1 Font2 Font3 Font4
Bizimxeber

Şabran rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib. “Report”un xəbərinə görə, polis mayoru Söhbət Talıbov vəzifəsindən uzaqlaşdırılaraq sərəncama götürülüb. 

Onun müavini isə daxili işlər orqanlarından xaric edilib. Şabran rayon dövlət yol polisi rəhbərliyində edilən dəyişikliklərə səbəb kimi, onların vəzifələrini və qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməmələri göstərilir.

Qeyd edək ki, bir müddət öncə Söhbət Talıbovun Şabran rayonunda gənclərlə mübahisə etməsi ilə bağlı məlumatlar yayılmışdı.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə