Duterte ingilis baronun qızını öldürtdü
Duterte ingilis baronun qızını öldürtdü
19 Sentyabr 2016 / 17:33 / Baxış sayı: 408
Font1 Font2 Font3 Font4
Bizimxeber
Manilada ingilis baronunun qızı naməlum şəxslər tərəfindən öldürülüb. Onun Filippin hökumətinin narkotiklərə elan etdiyi müharibənin qurbanı olması ehtimal edilir.

Virtualaz.org “RİA” Novostiyə istinadən xəbər verir ki, 45 yaşlı Mariya Avrora Moynixanın cəsədi sentyabrın 10-da Manila küçələrinin birində tapılıb.  Polis baş  inspektoru Titi Cey Kudenin Frans-Press Agentliyinə verdiyi məlumata görə, qatillər cəsədin yanına təxminən bu məzmunda məktub da qoyublar: “məşhurlar arasında narkotik satışında” .

Mənbə qeyd edir ki, Filippin vətəndaşlığına malik Britaniya təbəəsi 2013-cü ilin fevralında narkotiklərin saxlanılmasında ittiham edilərək Manilanın şəhərinin yaxınlığında həbs edilib.  Amma az sonra girov müqabilində azad edilib.

Öldürülən qadının atası Lidsdən olan üçüncü baron Entoni Patrik Endryu Keyns Berkli Moynixan 1960-cı illərin sonlarında Britaniyada dələduzluq ittihamlardan gizlənmək üçün Filippinə qaçıb. 1991-ci ildə o Manilada idarə etdiyi fahişəxana şəbəkələrindən birində ölüb.

Qeyd edək ki, Filippinin hazırki prezidenti Rodriqo Roa Duterte may ayında keçirilən prezident seçkilərində səs çoxluğunu qazanaraq hakimiyyətə gəlib. O, narkotik asılığı və narkotik alverçiləri ilə iri miqyaslı mübarizəyə başlayıb. Polisin məlumatlarına əsasən, ölkədə Dutertenin hakimiyyətə gəlişindən bu yana narkototik ticarəti, həmçinin bu sferada cinayətlərin araşdırılmasının gedişatı ilə bağlı təxminən 2,4 min insan öldürülüb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə