Düşmən iriçaplı pulemyotlardan atəşkəsi 22 dəfə pozub
Düşmən iriçaplı pulemyotlardan atəşkəsi 22 dəfə pozub
29 Avqust 2016 / 10:28 / Baxış sayı: 524
Font1 Font2 Font3 Font4
Bizimxeber

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub.

Müdafiə Nazirliyindən Bizimxeber.az verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə