Dünyanın ən yaxşı yaxtası Vahid Ələkbərovundur-FOTOLAR
Dünyanın ən yaxşı yaxtası Vahid Ələkbərovundur-FOTOLAR
28 Sentyabr 2016 / 15:07 / Baxış sayı: 1052
Font1 Font2 Font3 Font4
Bizimxeber

Monakoda keçirilən beynəlxalq Yacht Show sərgisində azərbaycanlı milyarder Vahid Ələkbərovun Galactica Super Nova yaxtası birinci yer tutub. 

Vahid Ələkbərovun 70 metrlik yaxtası ən yaxşı yaxta və ən yaxşı dizayn kateqoriyaları üzrə qalib seçilib. Sərgidə Galactica Super Nova-nın 13 rəqibi olub. Onlardan 2-si azərbaycanlı milyarderin yaxtasıyla qalibiyyəti bölüşüb.
Belə ki xarici dizayn üzrə 70 metrlik Sybaris də mükafat alıb.
47 metrlik Genesi isə ən ekoloji yaxta seçilib. Bu yaxta hazırda 26,5 milyon avroya satışa çıxarılıb.
Qeyd edək ki, Galactica Super Nova Hollandiyanın Heesen tərsanəsində cəmi 41 ay ərzində hazırlanıb və ötən ilin may ayında sifarişçiyə təqdim olunub. Gəminin mühərrikinin sınağı zamanı maksimal sürəti təxminən saatda 56 kilometr müəyyən olunub. Bu isə nəzərdə tutulandan daha artıqdır. Yaxta maksimal sürəti cəmi 75 saniyəyə yığmaq iqtidarındadır. Hollandiya firmasının tarixində bu, ən böyük yaxtadır.
Onu da bildirək ki, Ələbərov daha öncəki 50 metrlik yaxtasını 2016-cı ilin yazında satıb.

Bizimxeber.az 





Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə