Dünyanın ən böyük dirijablı qəzaya uğrayıb-VİDEO
Dünyanın ən böyük dirijablı qəzaya uğrayıb-VİDEO
24 Avqust 2016 / 17:44 / Baxış sayı: 796
Font1 Font2 Font3 Font4
Bizimxeber
10 Airlander adlı hava dirijablı Birləşmiş Krallığın şərqidə qəzaya uğrayıb.
Bizimxeber.az saytı məlumat verir ki, insident Bedfordşir qraflığında, hava gəmisinin ikinci sınaq  uçuşu zamanı baş verib. The Guardian xəbər verir ki, qəzadan az öncə dirijabl Kardinqton bazasına eniş edirdi. 
Hybrid Air Vehicles kompaniyası bildirir ki, qəza zamanı heç kim xəsarət almayıb, dirijablın isə yalnız pilot kabinəsi zədələnib.
Hava gəmisinin uzunluğu 92 metrdir(dünyanın ən iri təyyarəsi olan AN-225″Mriya”-dan 8 metr uzun) . 10 ton ağırlıq qaldıra bilən hava gəmisi 4.9 km yüksəkliyə qalxa və sürətini 148 km\saata çatdıra bilirdi.
Dirijabl 2009-cu ildə ABŞ ordusu üçün hazırlanmışdı. Sonuncu büdcə kəsiri səbəbilə müqavilədən imtina etmişdi.
Britaniya hökuməti “Airlander”in hazırlanmasına 3.7 mln dollara yaxın vəsait xərcləyib.
Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə