Dünyanın ən bahalı malikanəsi satışa çıxarılıb
Dünyanın ən bahalı malikanəsi satışa çıxarılıb
08 Oktyabr 2016 / 13:57 / Baxış sayı: 1000
Font1 Font2 Font3 Font4
Bizimxeber

Fransada dünyanın ən bahalı malikanəsi satılır. Fransız modelyer Pyer Qarden 30 il əvvəl aldığı mülkü ötən ilin payızından satışa çıxarsa da, demək olar ki, hamının yadından çıxıb. Bu dünya bazarının mövcud olduğu müddətdə ən bahalı şəxsi malikanə hesab olunur.

Virtualaz.org xəbər verir ki, “Köpüklər Sarayı” adlanan malikanə Aralıq dənizinin Fransa sərhədində, Esterel dağ massivinin qayalıq hissəsində yerləşir. İl ərzində bu ekssentrik mülkə bir nəfər də olsun alıcı tapılmayıb, amma onun qiymətini nəzərə alsaq, bu heç də təəccüblü görünmür.

Qeyri-adi ev 1975-1989-cu illərdə rus əsilli arxitektor Antti Lovaq tərəfindən tikilib. Lovaq evi Homo sapiens növünün erkən nümayəndələrinin yaşadığı dağ mağaraları şəklində yaratmaq istəsə də, tamamilə qeyri-adi bir ev alınıb.

Ev satışa çıxarılan zaman dəyərinin 456 milyon dollar olması ilə bağlı mətbuatda məlumat yayılmışdı. Müqayisə üçün bildirək ki, bu məbləğlə Moskva kimi bir şəhərdə 5840 bir otaqlı ev almaq olar.

Kardenin malikanəsinin satışı ilə “Christie’s” hərrac evinin mülk satışı üzrə ixtisaslaşmış bölməsi olan “Christie’s International Real Estate” şirkəti məşğul olur. Şirkətin saytında potensial alıcıları qorxutmamaq üçün malikanənin qiyməti haqqında heç bir məlumat verilmir.

“Köpüklər Sarayı”nın sahəsi 8500 kvadrat metrdir. Müasir rəssamlar tərəfindən tərtib edilmiş on yataq otağından ibarət olan mülk özü isə 1200 kv.m.-dir.

Evin dənizə baxan hissəsində 500 nəfərlik amfiteatr qurulub. Bundan başqa, evin ətrafında 3 hovuz var. Malikanə hər tərəfdən bağlarla mühasirəyə alınıb. Kardenin malikanəsi bir neçə dəfə əyləncə gecələrinin və müxtəlif ictimai tədbirlərin keçirilməsi üçün istifadə edilib. 2002-ci ildə musiqi telekanalı MTV burada Ceyms Bondun 40 illik yubileyi ilə bağlı tədbir keçirib. 2015-ci ilin may ayında məşhur moda evi “Christian Dior” yeni kruiz kolleksiyasının nümayişinin təşkili üçün Kardenin evini seçmişdi.

Heç kim futurizm malikanəsini almağa qərar vermir, buna görə də, hələ ki, onu kirayə verirlər. Daily Mail-in məlumatına görə, tədbir keçirilməsi üçün evin bir günlük kirayəsi təxminən 8760 funt və ya təxminən 11400 dollardır.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə