Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik Azərbaycana keçdi
Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik Azərbaycana keçdi
17 Noyabr 2016 / 14:26 / Baxış sayı: 768
Font1 Font2 Font3 Font4
Bizimxeber

Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik Azərbaycana keçib.

Bizimxeber.az  bildirir ki, bu barədə qərar Dünya Xəbər Agentliklərinin Bakıda keçirilən V Konqresində verilib.

AZƏRTAC Dövlət Xəbər Agentliyi 2016-cı ildən 2019-cü ilə qədər Konqresə sədrlik edəcək. AZƏRTAC-ın baş direktoru Aslan Aslanov 2019-2022-ci illər üçün Dünya Xəbər Agentliklləri Konqresin prezidenti seçilib.

Konqresin bağlanış mərasimində həmçinin bəyanat qəbul edilib.

Qeyd edək ki, 2013-cü ildə Dünya Xəbər Agentlikllərinın Ər-Riyadda keçirilən konqresində AZƏRTAC bir neçə xəbər agentliyi arasında gizli səsvermə yolu ilə daha çox səs tolpayaraq 2016-cı ildən 2019-cu ilə qədər konqresə sədrlik etmək hüququ qazanıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə