Dünya mətbəxi Gəncədə -FOTOLAR
Dünya mətbəxi Gəncədə -FOTOLAR
30 Sentyabr 2016 / 16:40 / Baxış sayı: 740
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az verilən məlumata görə, Gəncədə Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstan mətbəxtlərinin dadlı yeməkləri nümayiş edilib

2016-cı il Avropa Gənclər Paytaxtı olan Gəncədə keçirilən Türk Şurasının Gənclər Festivalı çərçivəsində Azərbaycan, Türkiyə və Özbəkistan mətbəxinin dadlı yeməkləri təqdim olunub. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi, Gənclər və İdman Nazirliyinin rəsmiləri də iştirak edib.

Türkiyənin müxtəlif yeməkləri ilə yanaşı “Osmanlı şərbəti”, Özbəkistan təmsilçiləri növbənöv çörəkləri və un məmulatları tədbir iştirakçıları tərəfindən bəyənilib.

Hər bir ölkə öz yeməklərini təqdim etdikdən sonra milli musiqi və rəqs nömrələri ilə tədbir iştirakçılarını coşdurublar.

Özbəkistan təmsilçisinin Azərbaycanın dahi bəstəkarı Rəşid Behbudovun “Yalqızam yalqız” mahnısını ifa etməsi isə tədbirə xüsusi rəng qatıb.

Bizimxeber.az

 EP6A0003 EP6A9947 EP6A9954 yemek



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə