Funt sterlinq dolların qarşısında diz çökür – 58,4 mlrd. dollar itki
Funt sterlinq dolların qarşısında diz çökür –  58,4 mlrd. dollar itki
13 Sentyabr 2016 / 16:18 / Baxış sayı: 862
Font1 Font2 Font3 Font4
Bizimxeber

Britaniya Ticarət Palataları Assosiasiyası (BCC) “Brexit”in nəticələri nəzərə alınmaqla ölkə iqtisadiyyatının artım proqnozunu azaldıb. “Report”un “Vesti” agentliyinə istinadən verdiyi xəbərə görə, bədbin proqnozlara baxmayaraq, BCC Britaniya iqtisadiyyatının durğunluqla üzləşməyəcəyini bildirir.

BCC-yə görə, 2019-cu ilə qədər Britaniya iqtisadiyyatı 43,8 mlrd. funt sterlinq və ya cari məzənnə ilə 58,4 mlrd. ABŞ dolları itirəcək.

Assosiasiya 2016-cı ildə Britaniyanın ÜDM-də artımı əvvəl proqnozlaşdırılan 2,2%-dən 1,8%-ə, 2017-də 2,3%-dən 1%-ə, 2018-ci ildə isə 2,4%-dən 1,8%-ə endirib.

BCC ekspertlərinə görə, Britaniya iqtisadiyyatının gələcəyi ölkənin Avropa İttifaqından (Aİ) çıxmaq şərtlərindən və Aİ bazarına giriş imkanlarından asılı olacaq. Onlar funt sterlinqin “Brexit”dən sonra əsas valyutalarla müqayisədə ucuzlaşmasını ölkə iqtisadiyyatına dəstək verəcəyini bildiriblər.

Qeyd edək ki, funt sterlinq “Brexit”dən sonra dollarla müqayisədə 11% ucuzlaşaraq 1,32 USD/GBP-yə kimi geriləyib. Xatırladaq ki, BCC Britaniyada 92 mindən çox şirkətin maraqlarını təmsil edir.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə