Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

“Düdelanj” – “Qarabağ”dan oyunu davam edir (YENİLƏNİR)

2014 oxunma | Tarix: | 2 ay öncə

Bu gün Avropa Liqasında II turun oyunları keçiriləcək. Bizimxeber.az xəbər verir ki, “Qarabağ” Lüksemburqda “Düdelanj”ın qonağı olacaq. “Jozi Bartel” stadionunda baş tutacaq A qrupunun görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Azərbaycan təmsilçisi bu matça Filip Ozobiç və Xayme Romerosuz çıxacaq. Hər iki yarımmüdafiəçi zədəlidir. Bu görüş “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. 47 yaşlı mütəxəssis 2008-ci ildən rəhbərlik etdiyi komanda ilə 100-cü avrokubok matçına çıxacaq.

XƏBƏRLƏR:  Şok! “Gilan Holding” “Qəbələ”yə sponsorluğu dayandırır

Azərbaycan çempionu ilk turda İspaniyanın “Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzub. Lüksemburqlular isə Cənubi Kiprdə APOEL-i 4:3 hesabı ilə üstələyiblər. Qeyd edək ki, A qrupunun digər matçında “Sevilya” APOEL-i qəbul edəcəcək.

Avropa Liqası
Qrup mərhələsi
A qrupu,  II tur
3 oktyabr
23.00 Düdelanj (Lüksemburq) – Qarabağ (Azərbaycan) 0:2
Qollar: Abdulla Zubir, 11. Mişel, 30.
Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (Şotlandiya).
Hakim-inspektor: Yon Eylif Skyervold (Norveç).
UEFA nümayəndəsi: Maykl Zoratti (Avstriya).
“Jozi Bartel” stadionu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir