Dubayda təyyarə qəzalı eniş edib
Dubayda təyyarə qəzalı eniş edib
03 Avqust 2016 / 16:55 / Baxış sayı: 772
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Emirates Airlines” aviaşirkəti Dubayın hava limanında təcili eniş etmiş “Boeing-777” təyyarəsinin göyərtəsində olan sərnişinlərin hansı ölkədən olduqlarını elan edib. Bu barədə Trend RİA Novostı-yə istinadən xəbər verir.

Sərnişinlərin 226-sı Hindistandan, 24-ü – Böyük Britaniyadan, 11-i isə – Birləşmiş Ərəb Əmirliklərindəndir. Bundan başqa, 5 sərnişin Türkiyədən, 4-ü İrlandiyadan, 2-si Avstraliya, Braziliya, Almaniya, Malayziya və Tailanddan olub. Təyyarədə həmçinin Xorvatiyadan, Misirdən, Bosniyadan, Livandan, Fillippindən, Cənubi Afrikadan, İsveçrədən və Tunisdən sərnişinlər olub.

Hadisə zamanı ümümiyyətlə təyyarədə 228 sərnişin və 18 ekipaj üzvü olub. Bütün sərnişinlər evakuasiya edilib, tələfat yoxdur.

Bir neçə KİV təyyarənin Dubay hava limanında həyata keçirilmiş uğursuz təyyarə enişinin videoçarxlarını dərc edib. Videoda görünür ki, eniş zamanı təyyarədə (təqribən mühərrikin) partlayış müşahidə olunur.

Qeyd edək ki, təyyarə Hindistanın Tiruvanantapuram şəhərindən EK521 reysini həyata keçirirdi.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə