DTX əməliyyat keçirdi – 4 gömrükçü saxlanıldı
DTX əməliyyat keçirdi – 4 gömrükçü saxlanıldı
15 Noyabr 2016 / 14:21 / Baxış sayı: 1980
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Astara sərhəd nəzarət-buraxılış məntəqəsində əməliyyat keçirib. Əməliyyat zamanı 5 nəfər saxlanılıb. 

Belə ki, Astara sərhəd nəzarət-buraxılış məntəqəsindən ölkəyə qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirən Amur Məcidov DTX əməkdaşları tərəfindən saxlanılıb. 

Məlum olub ki, A.Məcidov Ümrə (kiçik Həcc) ziyarətindən geri dönərkən Səudiyyə Ərəbistanından qızıl-zinət əşyalarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirib. A.Məcidovun bu əməli Astara sərhəd nəzarət-buraxılış məntəqəsinin əməkdaşları ilə birgə həyata keçirdiyi məlum olub. Nəticədə A.Məcidov və Astara sərhəd nəzarət-buraxılış məntəqəsinin 4 əməkdaşı saxlanılıb.

A.Məcidov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 4 nəfər gömrük əməkdaşı isə istintaqa cəlb olunub. İstintaq tədbirləri davam etdirilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə