Dövlət Sosial Müdafiə Fonduna yeni sədr təyin edildi
Dövlət Sosial Müdafiə Fonduna yeni sədr təyin edildi
28 İyul 2016 / 9:47 / Baxış sayı: 902
Font1 Font2 Font3 Font4
Bizimxeber

Əli Quliyev Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri təyin olunub. 

“Repot”un məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamda bildirilir: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Muxtar Respublikanın Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əli Rüstəm oğlu Quliyev Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri təyin edilsin.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə