Dövlət qulluğuna qəbul imtahanı 26 avqustdan başlayır
Dövlət qulluğuna qəbul imtahanı 26 avqustdan başlayır
23 Avqust 2016 / 15:59 / Baxış sayı: 652
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az bildirir ki, 12 və 19 iyul tarixlərində elan edilmiş müsabiqələr üzrə test imtahanı mərhələsi 26 avqust tarixindən başlayacaq. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan (DQMK) Bizimxeber.az-a verilən məlumata görə, test imtahanlarının keçirilmə tarixi və yeri komissiyanın internet saytında “Test imtahanlarının qrafiki” bölməsində yerləşdirilib.

Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər. Namizədlər komissiyanın rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsində “Cari elanlar üzrə namizədin seçdiyi vəzifə, test imtahanı və müsahibə tarixi barədə məlumat” elektron xidmətindən də istifadə edərək test imtahanının vaxtını və yerini öyrənə bilərlər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndərilməsi nəzərdə tutulub.

Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin 5-ci təsnifatı üzrə, sonrakı mərhələdə isə 6-7-ci təsnifatları üzrə nəzərdə tutulub. Namizədlər test imtahanının keçirilməsi qaydaları ilə “Dövlət qulluğuna qəbul – Test imtahanı” sistemi haqqında məlumatın video təqdimatı vasitəsilə tanış ola bilərlər.

İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur. Test imtahanı aşağıdakı test bloklarından ibarət olur:

Dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər üzrə – 15 test tapşırığı; Qanunvericilik sahəsində – 40 test tapşırığı; İnformasiya texnologiyaları sahəsində – 15 test tapşırığı; Məntiqi düşünmə qabiliyyəti sahəsində – 30 test tapşırığı.

Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait komissiyanın rəsmi internet saytının “Test imtahanı proqramları” bölməsində yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq. Hər bir namizədə test imtahanı qurtaran kimi dərhal onun nəticələrini əks etdirən arayış veriləcək. Eyni zamanda, nəticələr komissiyanın rəsmi internet saytında da yerləşdiriləcək.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə