Dövlət orqanlarında vəzifə tutmaq üçün son 1 gün
Dövlət orqanlarında vəzifə tutmaq üçün son 1 gün
09 Avqust 2016 / 19:13 / Baxış sayı: 1286
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sabah Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 12 iyul 2016-cı il tarixdə dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün  elan etdiyi müsabiqəyə qeydiyyat başa çatacaq. 

Müsabiqəyə 28 dövlət orqanı üzrə 196 vakant yer çıxarılıb. 9 avqusta olan məlumata görə 4250 namizəd ərizəsini təqdim edərək qeydiyyatdan keçib. Ən çox vakant yer Ekologiya və Təbii Sərvətlər Nazirliyi (75 yer), Kənd Təsərrüfatı Nazirliyi (21 yer), Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsidə (16 yer) qeydə alınıb.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən vətəndaşlar “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı 10 avqust 2016-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər. Müraciət forması Komissiyanın “Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti vasitəsilə, şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə