Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib
Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib
20 Sentyabr 2016 / 18:50 / Baxış sayı: 276
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Bakı Fond Birjası” QSC-də (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104014516 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə BFB-dən bildirilib. Məlumata görə, hərrac zamanı 6 investor tərəfindən 11 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 19349500 manat təşkil edib. Sifarişlər 82,0500 manat (21,9974%) və 88,9699 manat (12,4658%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 85,5450 manat (16,9906%) orta ölçülmüş qiyməti 86,7330 manat (15.3806%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 21.09.2016 (t+1) tarixində həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10000000 manat təşkil edib. İstiqrazların ödəmə tarixi 19.09.2017-cı ildir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə