“Dostum Putinlə iki ölkə münasibətlərində yeni səhifə açacağımıza əminəm”
“Dostum Putinlə iki ölkə münasibətlərində yeni səhifə açacağımıza əminəm”
07 Avqust 2016 / 23:24 / Baxış sayı: 774
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putin ilə keçirəcəyi görüşün iki ölkə münasibətlərində yeni səhifə açacağını bildirib.

R.T.Ərdoğan TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib ki, bu, tarixi səfər, yeni başlanğıc olacaq.

Türkiyə prezidenti V.Putini dostu adlandırıb: “Dostum Vladimir Putinlə danışıqlarda iki ölkə münasibətlərində yeni səhifə açacağımıza əminəm. Ölkələrimizin qarşısında bir çox problemləri birgə həll etmək vəzifəsi durur”.

R.T.Ərdoğan Rusiyanın Suriya müsahibəsində tənzimlənməsində iştirak etməsi çox vacibdir: “Rusiyanın iştirakı olmadan Suriya probleminin həllini tapmaq mümkün deyil. Yalnız Rusiya ilə əməkdaşlıq şəraitində Suriya münaqişəsini tənzimləyə bilərik”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə