Dörd amerikalı ölüb – Pentaqon təsdiqlədi
Dörd amerikalı ölüb – Pentaqon təsdiqlədi
13 Noyabr 2016 / 11:26 / Baxış sayı: 692
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ müdafiə naziri Eşton Karter Əfqanıstandakı partlayış nəticəsində amerikalıların ölməsi xəbərini təsdiqləyib.

“TASS”  xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin yaydığı bəyanatda bildirilib. Partlayış şənbə günü səhər Pərvan əyalətində yerləşən əsas ABŞ və NATO-nun Baqram hərbi bazasının yaxınlığında baş verib.

“Terrorçu-kamikadze törətdiyi partlayış 2 ABŞ hərbçisinin və müqavilə ilə işləyən iki amerikalının həyatına son qoyub. Daha 16 ABŞ və bir polşalı hərbçi isə yaralanıb”, – deyə Karter qeyd edib.

“Terroru törədənlərə mənim cavab sadədir. Biz Əfqanıstanın müdafiəsi və təhlükəsiz gələcəyinin təmin edilməsi üçün edəcəyimiz yardımdan imtina etmək fikrində deyilik”, – Nazir bildirib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə