Donbass kazinosunda Azərbaycan izləri
Donbass kazinosunda Azərbaycan izləri
22 Sentyabr 2016 / 11:27 / Baxış sayı: 232
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ukrayna xüsusi xidmət orqanları separatçı Donetsk və Luqansk “respublikalarında” qeydiyyatdan keçən, Kiyevdən idarə olunan, Azərbaycanda da nümayəndəliyi fəaliyyət göstərən iri internet-kazino şəbəkəsini ifşa edib.

Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu ölkənin Təhlükəsizlik Xidməti kazino şəbəkəsinin separatçı ərazilərdə qeydiyyatdan keçərək orada vergi ödədiyini, beləliklə də Ukrayna qanunvericiliyinə görə terrorçuluğu maliyyələşdirdiyini bildirir.

Kazino şəbəkəsi özünü Ukrayna internet-kazinosu kimi təqdim etsə də separatçı ərazilərdə qeydiyyatdan keçərək çirkli pulların leqallaşdırılmasını həyata keçirib. Məlum olub ki, Ukrayna ərazisində şəbəkənin 5 minə qədər bukmeyker kontoru fəaliyyət göstərir. Bundan əlavə şəbəkə Azərbaycan, Belarus, Rusiya, Baltik ölkələri və Kiprdə nümayəndəliklərə malikdir. Təhlükəsizlik Xidməti internet-kazino şəbəkəsini cəmi 15 nəfərin “fırlatdığını” açıqlayıb.

Məlum olub ki, Ukrayna internet-provayderlərindən biri şəbəkənin separatçı ərazilərdə qeydiyyatdan keçdiyini bilə-bilə onunla əməkdaşlıq edib, şəbəkənin fəaliyyətinə texniki dəstək verib. Hazırda həmin provayder şəbəkənin proqram kompleksini Rusiyada qeydiyyatdan keçmiş texniki meydançaya köçürməklə məşğuldur. Kazino şəbəkəsini idarə edənlər həbs olunub, onlardan böyük məbləğdə pul və texniki avadanlıqlar götürülüb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə